Qəhvə ilə arıqlamağın SİRRİ
06 sentyabr 2023 18:00 (UTC +04:00)

Qəhvə ilə arıqlamağın SİRRİ

0

Mütəxəssis arıqlamaq, həmçinin formada qalmaq üçün kofeni necə və nə vaxt içmək lazım olduğunu bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Laura Burak hər səhər qəhvə içmək vərdişinin faydasından danışıb.

Bu içki nəinki canlandırır, həm də maddələr mübadiləsini sürətləndirir, daha uzun müddət toxluq hiss etməyə kömək edir. Həm də arıqlamaq üçün əla vasitədir.

O, eyni zamanda qeyd edir ki, arıqlamağa nə qədər təsir etsə də, qəhvə tam yeməkləri əvəz etməməlidir. Qəhvə içmək vərdişi toxluq hissi yaradır ki, bu da həddindən artıq yemək yaxud qeyri-sağlam qəlyanaltıların qarşısını almağa kömək edir. Buna görə də o, bu içkini yeməklər arasında içməyi məsləhət görür.

Arıqlamaq üçün qəhvənin əsas sirri onun aktiv tərkib hissəsi olan kofeindir. Kofeinin təsiri altında meydana gələn insulinin qana salınması qidanın sürətlə həzm olunmasına kömək edən amillərdəndir.

Mütəxəssis deyir ki, qəhvə maddələr mübadiləsini sürətləndirməyə kömək edir və bu gözəl fiqur üçün vacib şərtdir.

Qara qəhvə çox aşağı kalorili içkidir, bir fincanda beşdən az kalori olur. Ancaq anlamaq lazımdır ki, krem, şərbət və ya şəkərin əlavə edilməsi dərhal bu içkinin tərkibinə zərər verəcək. Ona görə də əlavəsiz qəhvə içməyə alışmaq daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3405

Oxşar yazılar