Plastik qabdakı   suları içməyin – XƏBƏRDARLIQ
14 iyun 2024 13:03 (UTC +04:00)

Plastik qabdakı suları içməyin – XƏBƏRDARLIQ

Kaliforniyalı həkim plastik qablardakı suların istifadəsinin ziyanından danışıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkim insanları bu qablardan su içməyi dayandırmağı çağırıb. 

Onun sözlərinə görə, plastik qabdakı bir litr suda təxminən 240 min nanoplastik hissəcik ola bilər.

"Bu mikroskopik hissəciklər insan hüceyrələrinə, qan dövranına və əsas orqanlara nüfuz edə bilir. Bu plastik hissəciklərin endokrin sistemi poza biləcəyi ilə bağlı narahatlıq var", - o bildirib. 

Bu, xüsusilə isti aylarda hormonal balanssızlığa və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Çünki istilik suyunuza daha çox mikroplastikin buraxılmasına səbəb olur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Sevinc Fərid

Oxşar yazılar