Öpüşdən yaranan  5 min illik VİRUS  - ŞOK!
28 iyul 2022 19:22 (UTC +04:00)

Öpüşdən yaranan 5 min illik VİRUS - ŞOK!

Kembric Universitetinin genetikləri qədim herpes virusunun bir neçə növünün genomunu rekonstruksiya edə və virusun təkamülünü öyrənə biliblər.

Lent.az universitetin rəsmi saytına istinadən xəbər verir ki, araşdırma çərçivəsində alimlər eramızın III-XVII əsrlərində Avrasiyanın müxtəlif bölgələrində yaşamış qədim insanların 3 min diş nümunəsini tədqiq ediblər.

Alimlər Perm diyarının Nevolino kəndi yaxınlığında, təxminən 1500-1700 il əvvəl yaşamış qədim insanın qalıqlarından HSV-1 virusunun genomunun fraqmentlərini çıxarmağa nail olublar. Onu tədqiq edərkən, tədqiqatçılar herpes virusunun bütün mövcud növlərinin 4,68-5,65 min il əvvəl ortaya çıxan bir qədim ştamla əlaqəli olduğunu müəyyən ediblər.

Tədqiqatçıların fikrincə, bu patogen virusun digər variantlarını tez bir zamanda əvəz edib. Bu, o dövrdə öpüşmə adətinin insanlar arasında aktiv şəkildə yayılmağa başlaması ilə əlaqədar ola bilər. Sonrakı qazıntılar və insan qalıqlarının tədqiqi bu fərziyyəni yoxlamağa kömək edəcək.
 

# 2976
avatar

Rəsul SARI

Oxşar yazılar

Sağlam  arıqlamaq üçün   bunu etmək lazımdır

Sağlam arıqlamaq üçün bunu etmək lazımdır

7 may 2024 , 19:12
Sağlam qidalanmaqla bağlı  yanlış fikirlər

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

7 may 2024 , 16:49
Kompüterdə  saatlarla işləməyin   FƏSADLARI

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

7 may 2024 , 16:38
Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

7 may 2024 , 11:36
Alkoqol içə bilməyənlər bu xəstəliklərə yoluxur

Alkoqol içə bilməyənlər bu xəstəliklərə yoluxur

7 may 2024 , 09:35
Qaynadılmış yumurtanı  axşam yeməyin   FAYDALARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

6 may 2024 , 19:58
Səhər bu qidanı  yeməyin, yoxsa...

Səhər bu qidanı yeməyin, yoxsa...

6 may 2024 , 18:52
Yalnızlıq  ölüm riskini   artırır

Yalnızlıq ölüm riskini artırır

6 may 2024 , 18:30