Ömrü uzatmaq   üçün yeni yol tapıldı
03 aprel 2023 11:57 (UTC +04:00)

Ömrü uzatmaq üçün yeni yol tapıldı

Uzunömürlülüyü artırmağın yeni yolu tapılıb. 

Lent.az “Cell” jurnalına istinadən xəbər verir ki, sitomeqalovirusun yaratdığı immun reaksiyaların təsiri ilə köhnə hüceyrələrin çıxarılması sağlam toxuma funksiyasını bərpa edir və uzunömürlülüyü artırır. 

Mütəxəssislər qocalmış hüceyrələrin insan toxumalarından çıxarılması mexanizmlərini öyrənmək üçün gənc və yaşlı insanların dəri nümunələrini götürərək təhlil ediblər. Məlum olduğu kimi yaşlı şəxslərdə gənc dəri nümunələrinə nisbətən daha çox qocalmış hüceyrələr var. Eyni zamanda, belə insanlarda qocalmış hüceyrələrin sayı yaşla əlaqəli artır. Bu da bir növ nəzarət mexanizminin mövcudluğundan xəbər verir.

Təkamül prosesində insan sitomeqalovirusuna qarşı immun reaksiyalar qocalma orqanlarının balansını saxlamağa kömək edir. 

Yeni təcrübə həm də antiviral immun cavabı gücləndirməklə qocalmış hüceyrələri (xərçəng, fibroz və degenerativ xəstəliklərdə) aradan qaldırmaq üçün yeni terapevtik yanaşmalar hazırlamaq üçün tətbiq olunacaq. Bundan əlavə, işin nəticələri kosmetik dermatologiyada, məsələn, dərinin daha gənc görünməsinə imkan verən müalicələr yaratmaqda istifadə edilə bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Sevinc Fərid

Oxşar yazılar