Rusiyanın Kurqan vilayətinin Ketovski rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Kurqan vilayəti üzrə İdarəsi məlumat yayıb.
51 yaşlı kişi başına ayı maskası geyinərək əvvəllər çalışdığı universitetin biologiya laboratoriyasına girərək oğurluq edib. Oğurladığı əşyanı evə gətirəndə çaş-baş qalıb. Onun nə olduğunu başa düşməyib.
İstintaq zamanı vilayət sakininin oğurladığı əşyanın biologiya sahəsində istifadə edilən elmi-tədqiqat cihazı olduğu üzə çıxıb.
Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, oğurlanmış əşyalar saz vəziyyətdə universitetə qaytarılıb.
Hazırda cinayət işi baxılması üçün Kurqan Şəhər Məhkəməsinə göndərilib. Keçmiş universitet işçisi 5 ilə qədər həbs oluna bilər.