Miqren necə meydana gəlir? - CAVAB
06 noyabr 2023 16:59 (UTC +04:00)

Miqren necə meydana gəlir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu miqrenin yaranması ilə bağlıdır.

Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş ağrısı növü mövcuddur. Bu ağrılar birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxan ağrılara deyilir. Baş ağrıları 90%-dən çox halda birincili olur. Bura miqren, gərginlik baş ağrıları, klaster başağrısı və digər birincili baş ağrıları növləri aiddir. İkincili başağrıları zamanı başağrısı əsas xəstəliyin baş verməsi səbəbindən meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər mənşəli baş ağrılarını əhatə edir.

Maraqlıdır, miqren necə meydana gəlir və onun inkişafına nə səbəb olur?

"Genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları ona zəmin yaradır. Qeyd etdiyimiz kimi miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir. Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişiklərdir.

Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da, kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6075
avatar

Fidan İlqar

Oxşar yazılar