Koronavirusun hədəfi: Ürək
05 dekabr 2020 14:14 (UTC +04:00)

Koronavirusun hədəfi: Ürək

Koronavirusun ürəkdə yaratdığı FƏSADLAR

Ağciyərlərdə fəsadlar yaradan koronavirus ürək damarlarında laxtalanma və tıxanmaya, infarkta, ürək əzələsi iltihabına, eləcə də ürək ritminin pozulmasına səbəb ola bilir.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış kardiologiya mütəxəssisi proffessor Cevat Şekuri açıqlamasında bildirib.

Onun sözlərinə görə, COVID-19 virusu daha çox damarları zədələməyi meyllidir:

“Virusun yaratdığı fəsadlar nəticəsində damar divarının zədələnməsi, qanda laxtalanmanın aktivləşməsi, üstəlik, iltihab faktorlarının sərbəst buraxılması ilə sinir sisteminin reaksiyasının iştirakı ilə mənfi və həyati təhlükəli kəskin proseslər inkişaf edə bilər. Hətta ürək damarlarında laxtalanma və tıxanma həyati təhlükəli infarkta yol açar”.

C.Şekuri qeyd edib ki, bu mürəkkəb şərtlərdən sağ çıxanlar ömür boyu ürək çatışmazlığı və ritm problemləri ilə qarşılaşa bilərlər:

“Koronavirus infeksiyası daha əvvəl ürək-damar, insult, hipertoniya, ürək çatışmazlığı, şəkərli diabet, piylənmə, xroniki ağciyər və ya böyrək xəstəlikləri keçirən insanlarda özünü daha qabarıq şəkildə göstərir. Bu virus, eləcə də tütün məhsulu istehlak edənlərin, orqan nəqli əməliyyatları və kimyəvi terapiya alan xərçəng xəstələrinin ürəyini daha çox zədələyir”.

Professor əlavə edib ki, sinə ağrısı, tıxanma, təcili və şiddətli nəfəs darlığı, ürək çarpması, huşunu itirmə, danışarkən kəkələmə və güc itkisi kimi şikayətləri olan risk qrupuna daxil insanlar dərhal səhiyyə işçilərinə və xəstəxanaya müraciət etməlidirlər.

Mütəxəssis sözügedən xəstələrə hər hansı bir hobbini inkişaf etdirmək, musiqi dinləmək, idmanla məşğul olmaq, kitab oxumaq, yoqa, düşüncə və tənəffüs məşqləri kimi gündəlik ev fəaliyyətlərinə vaxt ayırmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5426
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar