Koronavirus həftədə 100 min adamı öldürəcək - ÜST
18 yanvar 2021 19:17 (UTC +04:00)

Koronavirus həftədə 100 min adamı öldürəcək - ÜST

Dünyada SARS-CoV-2 koronavirusu səbəbindən ölənlərin sayı tezliklə hər həftə 100 minə çatacaq.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə mütəxəssisi Mayk Ryan buna hazırlaşmağa çağırıb,

"Epidemioloji vəziyyət hazırda dinamikdir və fərqli bölgələrdə fərqlidir", - o, ÜST rəhbərlərinin toplantısında deyib.

Mayk Ryan Şimali və Cənubi Amerikada birlikdə ölümlərin 47 faizdən çoxunu təşkil etdiyini və saylarının artdığını qeyd edib: “Avropada ölüm yüksək səviyyədə olsa da sabitləşir”.

Bundan əvvəl ÜST-ün rəhbəri Tedros Adan Qebreyesus dünyaya mənəvi fəlakət həddində olduğuna dair xəbərdarlıq etdiyi bildirilirdi: peyvəndlərin ölkələr arasında qeyri-bərabər paylandığı üçün ən yoxsul ölkələrdə çox sayda insanın ölüm riski var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Oxşar yazılar