Alimlər bildirirlər ki, dünyadakı yetkin əhalinin təxminən 5%-i kabuslardan əziyyət çəkir. Həyatımızda ən azı bir dəfə hər birimiz dəhşətli yuxu görmüşük. Belə yuxular ayda bir dəfədən çox olmadıqda, bu, stress və ya narahatlıqla əlaqəli ola biləcək normal bir qaydadır. Ancaq tez-tez sizə əzab verən pis yuxular ciddi bir xəstəliyin əlaməti ola bilər.
Lent.az xəbər verir ki, bu barədə “Lancet” yazır.
Birmingem Universitetinin alimləri apardıqları araşdırmada tez-tez görülən kabusların demensiyanın inkişafı ilə əlaqəli olduğunu müəyyən ediblər. Araşdırmalara görə, narahat edici yuxular idrak funksiyasının sürətlə azalması ilə baş verə bilər. Bu simptom ortaya çıxdıqda, bir mütəxəssislə əlaqə saxlamaq və bütün lazımi araşdırmalardan keçmək vacibdir.
Araşdırma zamanı alimlər 35-64 yaş arası 600-dən çox yetkin kişi və qadın, həmçinin 79 yaş və yuxarı 2600 yetkin şəxsin məlumatlarını öyrəniblər. Bütün iştirakçılarda tədqiqatın əvvəlində demensiya görünməyib və 7 il ərzində həkim nəzarətində olublar. Bu müddət ərzində elm adamları yuxularının keyfiyyətini eləcə də kabusların tezliyini qiymətləndirərək, göstəriciləri müqayisə edib və zamanla necə dəyişdiyini görüblər.
Məlumatları təhlil etdikdən sonra tədqiqatçılar narahat yuxuların daha yüksək tezliyinin idrak qabiliyyətinin azalması və demans riskinin daha yüksək olması ilə əlaqəli olduğunu aşkarlayıblar.