İyulda bu giləmeyvələri  YEYİN
05 iyul 2023 18:19 (UTC +04:00)

İyulda bu giləmeyvələri YEYİN

İyul böyürtkən, albalı, qarağat və moruq kimi giləmeyvə mövsümü hesab olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Tatyana Terexova məlumat verib.

Həkimin sözlərinə görə, albalı, qarağat, böyürtkən və moruqda çoxlu miqdarda vitamin və mikroelementlər var. Yalnız yetişmiş giləmeyvə yemək tövsiyə olunur, buna görə də onların formasına və rənginə diqqət yetirməlisiniz.

"Onlar elastik, parlaq və vahid rəngdə olmalıdır" deyə qastroenteroloq xəbərdarlıq edib.

Mütəxəssis əlavə etdiyi kimi, giləmeyvə yeməkdən əvvəl axan su ilə yaxşıca yuyulmalıdır:

“Giləmeyvələri çiy yemək daha faydalıdır, lakin onlardan jele və ya kompot hazırlamaq olar. İçki hətta yetişməmiş giləmeyvələrdən də hazırlana bilər. Belə kompotların vitamin dəyəri qablaşdırılmış şirələrin vitamin dəyərindən çox olacaq”.

Qastroenteroloq giləmeyvə saxlama qaydalarını da xatırladıb:

“Giləmeyvələr yığıldığı və ya alındığı gün istehlak edilməlidir. Onların soyuducuda bir gündən çox saxlanmadığını xatırlamaq lazımdır. Bir neçə aydan sonra özünüzü kompotla sevindirmək istəyirsinizsə, onlar dondurulmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Fidan İlqar

Oxşar yazılar