İsti su içməyin bilmədiyiniz  FAYDALARI
02 fevral 2022 21:28 (UTC +04:00)

İsti su içməyin bilmədiyiniz FAYDALARI

Sağlam qalmaq üçün gündə ən az 2 litr su içməyin vacib olduğunu bilirik. Ancaq çoxumuz soyuq su içməyə üstünlük veririk. Araşdırmalar isə göstərib ki, isti su soyuq su içməkdən daha faydalıdır. 

Lent.az isti su içməyin orqanizm üçün faydalarını təqdim edir: 

Çəki itirmə 

Əgər artıq kilonuzun olduğunuzu düşünürsünüzsə, metabolizmanızı sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır. 

İsti su maddələr mübadiləsini sürətləndirməklə yanaşı, yağ toxumalarının parçalanmasına da kömək edəcək.

Erkən yaşlanmanın qarşısını almaq

Zərərli maddələri bədəninizdən kənarlaşdırmaq üçün ən yaxşı yol ilıq su içməkdir. Bildiyimiz kimi bədənimizdəki toksinlər yaşlanmanı daha da sürətləndirir. 

Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitədir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir. Nəticədə də boğazı rahatladır, burun tutulmasının aradan qaldırılmasında da yardımçı olur.

Sağlam saçlara qovuşdurur

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün də idealdır. Bol-bol isti su içdikdə saç köklərindəki sinir ucları aktiv hala gəlir. Bu da saçlarınızın təbii parlaqlığını əks etdirib, daha sağlam görünməsinə təsir edir. 

Kəpəkdən birdəfəlik xilas edir 

İsti su içdikdə saç dəriniz daha çox nəmlənir. Bu da dərinin qurumasının və kəpəyin əmələ gəlməsinin qarşısını alır. 

Həzm sistemini yaxşılaşdırır 

İsti su həzm üçün də çox faydalıdır. Araşdırmalar yemək zamanı və ya yeməklərdən sonra soyuq su içməyin qəbul edilən qidalardakı yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu bağırsaqlarınızın iç divarlarında yağ təbəqələrinin meydana gəlməsinə və bağırsaq xərçənginə səbəb ola bilər.

Bağırsaqların fəaliyyətini yaxşılaşdırır

İsti su bağırsaqların yaxşı işləməsinə səbəb olur. Bu da sizi spazmalardan xilas edir. Səhərlər acqarına bir stəkan isti və ya ilıq su içmək bağırsaqların daha yaxşı işləməsi üçün vacibdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5187
avatar

Sevinc Fərid

Oxşar yazılar