Həkim koronavirusun yeni ştamının yaranma  SƏBƏBİNDƏN DANIŞDI
10 fevral 2022 17:54 (UTC +04:00)

Həkim koronavirusun yeni ştamının yaranma SƏBƏBİNDƏN DANIŞDI

Son günlər koronavirusla bağlı yoluxma sayında ciddi artımlar müşahidə olunur. 

Artımlara səbəb TƏBİB-dən verilən məlumata görə, SARS-COV-2 variantının “Omicron” ştamının sürətlə yayılmağa başlamasıdır.

Xarici mediada yeni ştamla bağlı araşdırmalara görə, “Omicron” variantının aşkar edilməsinə daha çox vaxt tələb olunduğu üçün yoluxmaların sayı bilinən statistikadan daha artıq ola bilər. 

Dayanmadan yeni ştamlar çıxır. Bəs, koronavirusun bu yeni ştamları necə və nəyə əsasən müəyyən olunur? 

Həkim-infeksionist Nicat Əzimli Lent.az-a açıqlamasında bildirib ki, virusun mutasiyaya uğraması yeni variantın yaranmasına səbəb olur:

“İstənilən bir virusun vaxtaşırı mutasiya keçirməsi və yeni variantının ortaya çıxması təbii hadisədir. Bu variantlar molekulyar biologiya və genetika elmi tərəfindən araşdırılır. Elmi metodlarla virus nümunəsinin genetik zənciri və zülal quruluşu araşdırılaraq digər variantlarla oxşar və fərqli xüsusiyyətləri təyin olunur. Bu fərqlərin xəstəliyin xarakteristikasına ehtimal olunan təsiri müəyyən olunduqdan sonra yeni variant olaraq qeydiyyata alınır”. 

İnfeksionistin sözlərinə görə, həmin ştamlar təhlükəlilik dərəcələrinə görə bir neçə qrupa bölünürlər:

“Daha sonra bu variantlar narahatlıq doğuran digər qruplara bölünür”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Sevinc Fərid

Oxşar yazılar