Hamiləlik zamanı saç boyamaq olarmı? - Bu qaydalara DİQQƏT
15 may 2021 11:17 (UTC +04:00)

Hamiləlik zamanı saç boyamaq olarmı? - Bu qaydalara DİQQƏT

Saç boyalarında olan kimyəvi maddələrin hamiləlik dövründə təhlükəsiz olub-olmadığı bir çoxuna maraqlıdır. Mütəxəssislərin fikrincə, hamiləlik dövründə müəyyən məqamlar nəzərə alındıqdan sonra saçları boyamaq təhlükəsizdir.

Lent.az Türkiyə mətbuatına istinadən həmin məqamlarla bağlı məlumatları təqdim edir:

Hamiləlik zamanı saç nə vaxt boyana bilər?

Hamiləlik dövründə saçları boyamaq üçün ilk üç ayı gözləmək lazım olduğu tez-tez deyilir.  Lakin mütəxəssislər bunun xüsusi bir təsiri olmayacağını söyləyirlər.  Beləliklə, hamiləliyin istənilən vaxtında saç boyası istifadə etmək təhlükəsiz sayılır.  Ancaq ilk həftələrdə görülə bilən ürək bulanması və bənzər simptomlar gələcəkdə ana olacaq şəxsi çox narahat edirsə, təbii ki, saçların boyanması bu müddətdə doğru seçim olmayacaq. Saç boyası maddələrinin qoxusu ürək bulanma şikayətini ağırlaşdıra bilər.  Belə bir vəziyyətdə, saçları boyamadan əvvəl bu simptomların keçməsini gözləmək daha məntiqlidir.

Hamiləlik zamanı saç boyadarkən nələrə diqqət yetirilməlidir?

Saç boyasından istifadə edərkən, hamiləlik dövründə olub-olmamasından asılı olmayaraq, həmişə nəzərə alınmalı olan ilk şey allergik reaksiyaların olub-olmamasıdır.  Daha əvvəl saçınızı boyamış olsanız da, dərinizdə yeni bir boyaya qarşı allergik reaksiya ola bilər. Səpgilər və qaşınma kimi simptomlar ortaya çıxa bilər və boya dərinizə zərər verər.  Bu səbəbdən boyamadan əvvəl saçın kiçik bir hissəsində saç boyası testi etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar