Gündə üç stəkan çay insanın bioloji qocalmasını ləngidə bilər.
Lent.az xəbər verir ki, bu barədə “The Lancet Regional Health” jurnalında dərc olunan araşdırmada deyilir.
Alimlər Çin və Böyük Britaniyanın 14 minə yaxın sakini arasında çaydan istifadəyə dair sorğu keçirib. Bundan sonra sorğu iştirakçıları iki il ərzində müşahidə edilib, müxtəlif göstəricilər, o cümlədən bioloji yaş qeyd olunub.
“Yaşlanma əleyhinə təsir gündə təxminən üç stəkan çay istehlakı ilə əldə edilir. Çayın növü önəmli deyil, əsas odur ki, içkini mütəmadi olaraq, lakin normal şəkildə içmək lazımdır”, - araşdırmada deyilir.