Gündə nə qədər yumurta yemək olar?
02 dekabr 2022 10:00 (UTC +04:00)

Gündə nə qədər yumurta yemək olar?

Amerikalı alimlər gündə bir yumurtanın ürək-damar xəstəlikləri riskini artırmadığını sübut ediblər.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədqiqat zamanı məlum olub ki, insanlar adətən həftədə 5 ədəd yumurta yeyirlər. Bu miqdarda yumurta miokard infarktı, ürəyin işemik xəstəliyi və insult riskini artırmır.

Yumurta istehlakı ilə ürək-damar riski arasında əlaqə yalnız 2-ci tip diabeti olan insanlar üçün aşkar edilib. Orta hesabla, insanların çoxu gündə bir dənədən çox yumurta yemir. Səhər yeməyində iki yumurta yemək olar.

Bundan əlavə, tədqiqatçılar 1,7 milyon insanın yumurta yemək vərdişlərini birlikdə araşdıran 28 Avropa, Amerika və Asiya tədqiqatının meta-analizini aparıblar. Bu tədqiqatların məlumatları da təsdiqləyir ki, gündə bir yumurta ürək sağlamlığına heç bir mənfi təsir göstərmir.

Asiya tədqiqatlarında yumurta istehlakı ürək-damar xəstəlikləri riskinin müəyyən qədər azalması ilə əlaqələndirilib.

# 3456
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07