Gecikmiş abort  qadın sağlığında hansı fəsadlara səbəb olur? - ARAŞDIRMA
01 mart 2023 09:33 (UTC +04:00)

Gecikmiş abort qadın sağlığında hansı fəsadlara səbəb olur? - ARAŞDIRMA

Cərrahi abort hamiləliyin 7-ci həftəsindən 12-ci həftəsinə kimi həyata keçirilir. Hamiləliyin 12-28-ci həftəsi pozulması gecikmiş abort (uşaqsalma) və ya süni dölsalma adlanır. 

Bəs, bu əməliyyatın təhlükələri nələrdir? 

Lent.az xarici mediaya istinadən bu məsələ ilə bağlı qısa araşdırmanı təqdim edir:

Vakuum abort üsulu adi şəkildə həyata keçirilən cərrahi süni uşaqsalma əməliyyatı ilə müqayisədə daha “yüngül” hesab olunur. Belə ki, hamiləliyin 5 və ya 6-cı həftəsinə qədər xüsusi “sorucu” aparat vasitəsilə döl yumurtası uşaqlıq boşluğundan xaric edilə bilir. Bu əməliyyat bitdikdən sonra qadın 2-3 saat ərzində evə gedə bilər.

Onu da qeyd edək ki, vakuum abortdan sonra infeksiyaya yoluxma, iltihabı xəstəliklərin inkişaf etmə riski daha azdır. Amma vakuum abortundan sonra döl qalıqlarının uşaqlıqda qalma ehtimalı var. Nəticədə yenidən, amma bu dəfə cərrahi abort əməliyyatı tətbiq edilir. 

Məlumata görə, hamiləliyin süni şəkildə pozulması orqanizmdə müəyyən izlər buraxır. Belə ki, abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biri olduğu müəyyən edilib. Abort həmçinin, qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq qanaxmaları, uşaqlığın boyunun ciddi zədələmələri, hormonal pozğunluqlar və sonsuzluq kimi problemləri də yaradan başlıca səbəblərdəndir. 

Demək olar ki, bütün mütəxəssislər abortun qadının reproduktiv (nəsil artırma) fəaliyyətinə mənfi təsir göstərdiyini xüsusilə qeyd edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Sevinc Fərid

Oxşar yazılar