Fasiləli oruc tutmanın faydaları
14 aprel 2023 09:42 (UTC +04:00)

Fasiləli oruc tutmanın faydaları

 Avstraliya alimlərinin apardığı elmi araşdırma günün müəyyən saatlarında yeyib müəyyən vaxtlarda fasiləli oruc tutmanın ən çox yayılmış diabet növü olan 2-ci tip diabetin qarşısının alınmasında əsas rol oynaya biləcəyini ortaya qoyub.

 Lent.az TRT-yə istinadən bildirir ki, elmi qrupun rəhbəri, Adelaide Universiteti Tibb fakültəsinin professoru Leonie Heilbronn bu mövzudakı məqaləsində yazır: “Müəyyən müddət gündəlik qida ehtiyacını ödəmək üçün yemək saatlarını məhdudlaşdırmaqla 2-ci tip diabet riskini azaltmaq mümkündür.

  Fasiləli orucun 2-ci tip diabetə təsirini araşdırmaq üçün diabet riski yüksək olan adamlardan ibarət 200 nəfər ayırdıq.

  18 aylıq araşdırmanın bir hissəsi olaraq üç növ pəhriz sınaqdan keçirildi: fasiləli oruc, pəhriz və çox aşağı kalorili pəhriz. Təcrübə nəticəsində biz həftədə üç gün oruc tutan və yalnız səhər saat 8-dən axşam 12-yə qədər yemək yeyən insanların aşağı kalorili pəhriz saxlayanlara nisbətən qlükozaya daha yaxşı davamlılıq göstərdiyini gördük. Fasiləli oruc tutanlar insulinə daha həssas oldu və aşağı kalorili pəhriz saxlayan insanlarla müqayisədə qanda lipid nisbətində daha çox azalma müşahidə olundu”.

  Adelaide Universitetinin tələbəsi və tədqiqat qrupunun üzvü Syao Tonq Teonq (Xiao Tong Teong) sözügedən tədqiqatın insan orqanizminin yeməkdən sonra qlükozanı necə emal etdiyinə dair ən güclü və əhatəli araşdırma olduğunu bildirərək deyib: "Bu tədqiqatın nəticələri göstərir ki, yemək vaxtının məhdudlaşdırılması və fasilələrlə oruc tutmaq çəki itirməkdən asılı olmayaraq müəyyən miqdarda kaloriyə əsaslanan pəhrizə riayət etməyin faydasını xeyli artırır. Bunun klinik praktikada effektiv nəticələri ola bilər. Əlbəttə ki, bu mövzuda daha çox araşdırmaya ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar