Əzilmiş sarımsaq-zeytun yağını ayaqlarınıza çəkin! Görün nəyə faydalıdır
29 yanvar 2024 02:43 (UTC +04:00)

Əzilmiş sarımsaq-zeytun yağını ayaqlarınıza çəkin! Görün nəyə faydalıdır

Ayaqlarınızdakı varikoz damarlarından xilas olmaq üçün sarımsaq, portağal suyu və zeytun yağından istifadə etmək lazımdır.

Lent.az xəbər verir ki, bu məhsulları qarışdırıb ayağa çəkmək lazımdır. 

Tez bir zamanda ayağınızda hörümçək toru kimi görünən varikoz damarlardan qurtulacaqsınız.

Bu qarışığın reseptini təqdim edirik:

- 6 diş sarımsaq

- 3 portağal

- 2 xörək qaşığı zeytun yağı

Hazırlanması:

- Sarımsağı əzin və təmiz şüşə qaba qoyun.

- 3 portağalın suyunu sıxıb bankaya tökün.

- Qarışığa 2 xörək qaşığı zeytun yağı əlavə edin.

- İstifadə etməzdən əvvəl qarışığı təxminən 12 saat saxlayın.

Tətbiqi:

- Qabı silkələyin və qarışıqdan bir neçə damcı barmaqlarınızın ucuna çəkin.

- Qarışığı 15 dəqiqə dairəvi hərəkətlərlə varikoz damarlarınıza çəkin.

- Həmin səthi təmiz pambıq parça ilə sarın və bir gecədə saxlayın.

Bu müalicəni hər axşam fasiləsiz tətbiq etmək və nəticə əldə olunana qədər davam etmək tövsiyə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53721
avatar

Oxşar yazılar