Doğru yuxu rejimi ölüm riskini azaldır - TƏDQİQAT
09 fevral 2024 07:11 (UTC +04:00)

Doğru yuxu rejimi ölüm riskini azaldır - TƏDQİQAT

İnsan sağlamlığına aid hər keçən gün yeni məlumatlar paylaşılır. Mütəxəssislər bu dəfə ölüm riskini azaldan doğru yuxu rejimini araşdırıblar.

Lent.az xəbər verir ki, həmin araşdırma “Sleep” jurnalında yayımlanıb.

Araşdırmada qeyd olunur ki, ölüm riskini azaldan doğru yuxu rejimi sərf edilən yuxu müddətindən daha əhəmiyyətlidir. Kifayət qədər yatmamaq ürək, böyrək, depressiya və sair kimi xəstəliklərə yol aça bilər. Araşdırma çərçivəsində müayinə edilən şəxslərin nə vaxt yatdıqları və neçə saat yatdıqları tədqiq olunub. Müəyyən edilib ki, yuxu rejimi nizamlı olan, başqa sözlə, yuxuya gedib eyni vaxtda oyanan insanların ölümcül xəstəliklərə yoluxma riski daha azdır.

İngiltərədə 61 min insanın məlumatları bu baxımdan araşdırılıb. İştirak edənlərin orta yaşının 63 olduğu, 97 faizinin ağdərili olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar