Aktrisa ayrıldığı ərini  təriflədi: "Bu nə yaraşıqlılıqdır"
07 avqust 2026 14:36 (UTC +04:00)

Aktrisa ayrıldığı ərini təriflədi: "Bu nə yaraşıqlılıqdır"

0

Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm, Türkanım", deyə cavab verib.

Aktrisanın səmimi şərhi qısa zamanda izləyicilərin diqqətini cəlb edib. Sosial şəbəkə istifadəçiləri illər əvvəl ayrılan cütlüyün bir-birinə qarşı hörmət və xoş münasibətini qoruyub saxlamasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Türkan Şoray və Cihan Ünal 1983-cü ildə ailə qurublar. Onların nikahından Yağmur Ünal adlı qız övladı dünyaya gəlib.

Cütlük 1987-ci ildə yollarını ayırsa da, münasibətlərini dostluq çərçivəsində davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar