Dil rənginiz hansı xəstəliklərdən xəbər verir?
27 noyabr 2023 12:53 (UTC +04:00)

Dil rənginiz hansı xəstəliklərdən xəbər verir?

Bu gün əksər həkimlər xəstənin öncə USM  müayinəsinin və ya qan analizlərinin nəticələrinə baxıb sonra diaqnoz qoyurlar. Halbuki 1990-cı illərin əvvəlinə qədər həkimlər xəstənin əllərinə, dərisinin və gözlərinin rənginə, dilinə baxaraq müayinə edirdilər.

 Dil daxili orqanlarda baş verənləri göstərən əsas güzgüdür.  

Lent.az dil rənglərinin  hansı xəstəliklərin xəbərçisi olması barədə məlumat verir. 

Çəhrayı rəngdə dil sağlam orqanizmdən xəbər verir.

Bənövşəyi və ya tünd qırmızı rəngli dil orqanizmdə infeksiya olmasına işarədir.

Solğun çəhrayı dil vitamin əskikliyi və zəif immunitet, xroniki yorğunluq  deməkdir.

Dilin kənarlarında çatlar və ya şişkinlik varsa qidalandırıcı maddələr orqanizm tərəfindən rahat həzm edilmir deməkdir.

Dilin üzərində qalın bir ərp görüntüsü varsa, bu da həzm və bağırsaq problemlərindən xəbər verir.

Dilin üzərindəki sarımtıl örtük orqanizmdə infeksiyanın olmasından, boz və qaramtıl ərp uzunmüddətli həzm pozuntusundan xəbər verir.

Dildə qalın və ağ rəngli ərp  zəif qan dolaşımı və ya göbələk xəstəlikləri zamanı ortaya çıxır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5463
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar