Ekspertlər depressiya yarada biləcək ərzaqların adlarını açıqlayıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlam qida üzrə tanınmış ekspert Katerina Quru depressiya yaradacaq ərzaqların arasında ilk sırada meyvə şirələri və şəkər tərkibli məmulatların yer aldığını bildirib.
Qurunun dediyinə görə, kağız qablaşdırmadakı meyvə şirələri şəkərlər reaksiyaya girərək qlükozanın miqdarını kəskin artırır. Nəticədə qana böyük miqdarda insulin daxil olur. Bununla da qanda şəkərin miqdarında yüksək dəyişiklik baş verir.
İnsanların emosialarını dəyişir. Onlar tez-tez depressiayaya düşürlər. Ekspertin fikrincə, fast food və duzdan kütləvi istifadə də buna səbəb ola bilər. Maraqlıdır ki, ekspert spirtli içkilər və kofeinin adını çəkməyib.