Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu dil mikrobları ilə bağlıdır.
Dilin səthi toxumasına görə demək olar ki, bakteriyalar üçün sığınacaq rolunu oynayır. Bu səbəblə son illərdə ağız sağlamlığı və gigiyenası üçün dil təmizləyən cihazlar çox məşhur olub. Təbii ki, dilin təmizlənməsinin faydaları var, lakin bəzi mütəxəssislər ağız qoxusu və diş əti problemi olmayanların buna ehtiyac duymadığını deyirlər.
Bəs, çirkli dil hansı ağız problemlərinə səbəb olur?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dildə əmələ gələn təbəqə burada pis qoxuya səbəb olan bakteriya koloniyalarının yaşaya bilməsi ilə əlaqədardır.
Bu, insanların davamlı ağız qoxusu (halitosis) yaşamasının səbəblərindən biridir. Qədim inanclarda “ağız bədənin dünyaya açılan qapıdır” deyirdilər. Qədim ənənələrdə ağız gigiyenasına çox əhəmiyyət verilirmi. Buna səbəb isə ağız gigiyenasının bütün bədənimizi təsir edən bir çox xəstəliyə səbəb ola biləcəyi ilə bağlıdır. Bu xəstəliklərin bədənimizdə meydana gələ biləcəyinin qarşısını almaq üçün ağızın təmiz olması lazımdır. Ağız ekosisteminin bir parçası olaraq, dişlər kimi dilin də müntəzəm təmizlənməsi faydalı bir vərdişdir.