İtaliya hökuməti bütün səhiyyə işçilərini koronavirusa qarşı peyvəndlənməyə məcbur edən fərman qəbul edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, imtina halında işdən müvəqqəti uzaqlaşdırma və nağd ödəmələrin imtina edilməsi ilə üzləşəcəklər.
“Tədbirin məqsədi həm tibb işçilərinin, həm də infeksiya riski daha çox ola biləcək bir mühitdə olanların müdafiəsini maksimum dərəcədə artırmaqdır”, - məlumatda qeyd edilir.
Eyni zamanda, hökumət bütün peyvənd qaydalarına tabe olan həkimlərin yan təsirlərin meydana gəlməsindən məsuliyyət daşımayacaqları müddəasını qanunvericilik səviyyəsində təsbit edib.