Bu xəstəliyi olan qadınların  seksə marağı azdır  - ARAŞDIRMA
15 fevral 2024 19:48 (UTC +04:00)

Bu xəstəliyi olan qadınların seksə marağı azdır - ARAŞDIRMA

Boston Universitetinin alimləri qadınların cinsi əlaqəyə olan marağının azalmasının, həmçinin cinsi funksiyanın uzun müddət ərzində pozulmasının yeni səbəbini aşkar ediblər. Araşdırmaya görə, uzun müddət davam edən COVID-19 eşq həyatınıza zərərli təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatçılar oyanma və məmnuniyyəti ölçən Qadın Cinsi Funksiya İndeksindən (FSFI) istifadə edərək 2000 qadın arasında onlayn sorğu keçiriblər. İştirak edən qadınların təxminən yarısı heç vaxt COVID-yə yoluxmadıqlarını, qalanları isə müsbət test etdiklərini söyləyib.

COVID-ə yoluxmayanlar arasında istək, oyanma və məmnunluq səviyyələri yoluxanlara nisbətən daha aşağı olub. Orqazm və ağrı skorları iki qrup arasında əhəmiyyətli dərəcədə fərqli olmayıb. Bununla birlikdə, simptomların bir neçə həftə davam etdiyi uzunmüddətli COVID olan iştirakçılar, disfunksional diapazona düşən orta FSFI balı təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5721
avatar

Oxşar yazılar