Bu peyvəndinin bir dozası qadını illər boyu XƏRÇƏNGDƏN QORUYUR
20 iyun 2023 10:10 (UTC +04:00)

Bu peyvəndinin bir dozası qadını illər boyu XƏRÇƏNGDƏN QORUYUR

Melburn Universitetinin tədqiqatçıları aşkar ediblər ki, papillomavirus peyvəndinin yalnız bir dozası qadını uzun illər xərçəngə səbəb olan virusa yoluxmaqdan qoruya bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatda Ficidə 800-dən çox qadın iştirak edib. Testlər göstərib ki, səkkiz il ərzində peyvənd bütün uşaqlıq boynu xərçənglərinin təxminən 70%-nə səbəb olan HPV 16 və 18-in ən çox yayılmış iki ştamına qarşı 81% effektivdir.

Əvvəllər başqa bir araşdırma HPV vaksininin bir dozasının iki və ya üç doza qədər təsirli olduğunu (97,5%) göstərib.

Məlumata görə, insanların təxminən 80%-i həyatının müəyyən bir mərhələsində insan papillomavirusuna (HPV) yoluxacaq. Virusun bəzi ştammları DNT-yə zərər verə bilər ki, bu da müxtəlif növ xərçənglərə, o cümlədən uşaqlıq boynu, anal kanal və orofarenks xərçənginə səbəb ola bilər.

Uşaqlıq boynu xərçəngi bütün dünyada qadınlar arasında xərçəngdən ölüm hallarının dördüncü səbəbidir. Uşaqlıq boynu xərçəngi hallarının 88%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. Əksər hallarda xəstəliyin qarşısını peyvəndlə almaq olar, lakin 2021-ci ilə qədər dünyada qızların yalnız 13%-i peyvənd olunub.

Əvvəlcə peyvənd cədvəli optimal qorunma üçün iki və ya üç doza tövsiyə edib. Bununla belə, artan tədqiqatlar göstərir ki, tək bir peyvənd də eyni dərəcədə təsirli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Fidan İlqar

Oxşar yazılar