Böyrək daşı riskini artıran GÜNDƏLİK QİDALAR
12 avqust 2023 15:03 (UTC +04:00)

Böyrək daşı riskini artıran GÜNDƏLİK QİDALAR

Alimlər pəhrizdə şəkər əlavə edilən çoxlu qidaların böyrək daşlarının əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər. Bu komponent supermarketlərdə, kafelərdə və restoranlarda davamlı olaraq aldığımız demək olar ki, bütün işlənmiş qida və içkilərdə olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əlavə edilmiş şəkər təkcə şirniyyatda, xəmirdə, dondurmada deyil, sodada və hətta çörəkdə də olur.

Həmçinin bütün hisə verilmiş ətlərdə, konservlərdə rastlaşmaq olar. Mütəxəssislər 28 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılar həmçinin böyrək daşları və urolitiyaz üçün yoxlanılıb. Eyni zamanda, onların son 24 saat ərzində qida rasionu qiymətləndirilib və şərbət, bal, fruktoza yaxud saf şəkər yedikləri ilə maraqlanıblar. Tədqiqatın ikinci mərhələsi üç gün sonra aparılıb və könüllülər öz qidalanmaları ilə bağlı sualları yenidən cavablandırıblar.

Alimlər bədən kütləsi indeksinə, cinsinə, yaşına, gəlirinə, qidalanma keyfiyyətinə, pis vərdişlərə və xroniki xəstəliklərə (məsələn, şəkərli diabet) görə düzəlişlər ediblər. Müəyyən olunub ki, iştirakçılar nə qədər çox şəkər əlavə edərsə, böyrək daşlarının əmələ gəlməsi ehtimalı bir o qədər çox olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Fidan İlqar

Oxşar yazılar