COVID-19 pandemiyasının artıq sona çatmasına baxmayaraq, insanlar bu infeksiyadan bütün dünyada əziyyət çəkməkdə davam edir. Həkimlər xəbərdarlıq edir ki, virus 2024-cü ildə yox olmayacaq və bəşəriyyət yeni növlərə hazır olmalıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, virusun yeni variantlarının ortaya çıxması epidemiyanın ilk illərinin xarakterik xüsusiyyəti olub: Alpha, Beta, Delta, Omicron.
İndi variasiyaların müxtəlifliyi o qədər böyükdür ki, latın əlifbası onları göstərmək üçün kifayət deyil və biz rəqəmlərin istifadəsinə müraciət etməliyik.
"Sabitlik bu kontekstdə əlçatmazdır, daimi dəyişiklik gözlənilən şeydir. Ona görə də virusun daimi təkamül prosesinə hazırlaşmaq lazımdır" deyə COVID-19 üzrə mütəxəssis doktor Ziyad Əl-Əli xəbərdarlıq edir.
Mütəxəssis vurğulayır ki, virusun mutasiyaları davamlı olaraq baş verir və yeni ştammlar yarandıqca peyvəndlər də bir az düzəldilməlidir.
"Mən virusun fərqli istiqamətdə təkamül etmə ehtimalından narahatam ki, bu da mövcud vaksinləri səmərəsiz edə bilər. Bu halda yeni peyvəndlər və ya virus əleyhinə dərmanlar hazırlamalı olacağıq".
Həkimlər qeyd edirlər ki, virus cəmiyyətdə nə qədər çox dövr edirsə, onun mutasiya etmək imkanları bir o qədər çox olur.
"COVID-19-dan qorunmaq infeksiyanın yeni variantlarının yaranmasının qarşısını almağa kömək edir. Hər yeni hal yeni bir ştamın ortaya çıxması üçün potensial yerdir" deyə ictimai səhiyyə üzrə ekspert Codi Qost bildirib.
COVID-19-un gözlənilməz dövriyyəsi
Mövsümi olan qrip və ya respirator sinsitial virusdan fərqli olaraq, COVID-19 daha az proqnozlaşdırılır. Bu koronavirus həm qışda, həm də yayda yayıla bilər. Əgər COVID-19 payız-qış virusuna çevrilərsə, bu, peyvənd və ictimai məlumatlandırma strategiyalarını asanlaşdıracaq.
Yeni vaksinlərin hazırlanmasına ehtiyac
Virusun dəyişkənliyini nəzərə alaraq, çox güman ki, COVID-19 peyvəndi gələn il qripə qarşı peyvəndlərin hər il yenilənməsi kimi yayılan virusun yeni versiyalarını əks etdirmək üçün təkmilləşəcək. Qrip və koronavirusdan qoruya bilən kombinasiyalı vaksinlərin sınaqları artıq aparılır. İlk nəticələr müsbətdir və tədqiqat üçüncü mərhələdədir.