
Koronavirus ilan zəhəri ilə zərərsizləşdirildi
Rusiya Elmlər Akademiyası Bioorganik Kimya İnstitutunun rusiyalı alimləri ilan zəhərindən istifadə edərək koronavirus infeksiyasını zərərsizləşdirməyi bacarıblar.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, təcrübə zamanı bioloqlar insan orqanizminin bir hüceyrəsini koronavirus hücumundan qorumağı bacarıblar və qorunmanın əsas komponenti gürzə zəhəri fermenti olub.
Söhbət gürzələrin və digər ilanların zəhərində olan fosfolipaza A2 (PLA2) fermentindən gedir.
Alimlər çıxarıb analiz etdikdən sonra fermentin koronavirus infeksiyasına təsirini sınayıblar.
Tədqiqat zamanı zəhərin SARS-Cov-2-nin çoxalmasını müəyyən bir şəkildə boğduğu məlum olub.
Tədqiqatçıların fikrincə, ondan təcrid olunmuş fermentlər virusun çoxalmasının qarşısını alıb, həmçinin hüceyrə reseptorları ilə təmasa müdaxilə edib və virus hissəciklərini məhv edib.
Eyni zamanda, ilan zəhəri fermenti hüceyrələrin həyati fəaliyyətinə zərər verməyib.

Oxşar yazılar

Böyrək niyə sancır? –“Haran ağrıyır?”
19 yanvar 2021 , 15:51
Xərçəng xəstələrinə koronavirusa qarşı peyvənd vurulmalıdırmı? – Bir sual, bir cavab
19 yanvar 2021 , 15:15
Koronavirus peyvəndinin tətbiq qaydaları açıqlandı
19 yanvar 2021 , 13:48
Koronavirus həftədə 100 min adamı öldürəcək - ÜST
18 yanvar 2021 , 19:17
Südün inanılmaz FAYDALARI
18 yanvar 2021 , 12:01
Bu ədviyyatların qarışığı virusları öldürür, immuniteti gücləndirir
17 yanvar 2021 , 19:42
Deputat: Azərbaycanda tətbiq olunacaq peyvənd bütün sınaqlardan keçib
17 yanvar 2021 , 13:35
Azərbaycan 4 milyon doza VAKSİN GƏTİRİLDİ
16 yanvar 2021 , 12:08