Bu ölkədə peyvənddən  ÖLƏNLƏRİN SAYI ARTDI
08 aprel 2021 19:08 (UTC +04:00)

Bu ölkədə peyvənddən ÖLƏNLƏRİN SAYI ARTDI

Avstriyada koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı 55-dən 63-ə yüksəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Federal Sağlamlıq Təhlükəsizliyi İdarəsinin məlumatına görə, “Pfizer” peyvəndindən 57 nəfər ölüb.

3 nəfərin ölümü “Moderna” və daha bu qədərinin ölümü “AztraZeneca” peyvəndi vurulandan sonra qeydə alınıb. 

Mütəxəssislər isə istifadə olunan peyvəndlərlə ölüm arasında heç bir əlaqə olmadığını bildiriblər. Buna baxmayaraq, ölümlə peyvəndlər arasında əlaqə olub-olmadığı ətraflı araşdırılır. 

Qeyd edək ki, Honkonqda da koronavirusa qarşı peyvəndləmədən sonra xroniki xəstəlikləri olan 2 nəfər ölüb.

Slovakiyada isə “AztraZeneca” şirkətinin koronavirusa qarşı preparatı vurulan qadın dünyasını dəyişib. 

# 6645
avatar

Oxşar yazılar