Pivənin icazə verilən gündəlik dozası açıqlandı
25 avqust 2023 03:48 (UTC +04:00)

Pivənin icazə verilən gündəlik dozası açıqlandı

Bir şüşə pivənin müntəzəm istifadəsi qaraciyər xəstəliyinə səbəb ola bilər.

Lent.az xəbər verir ki, bu barədə həlkim Aleksandr Umnov "Life"a  müsahibəsində bildirib.

Həkim qeyd edib ki, çoxları səhvən pivəni təhlükəsiz hesab edir və onu məhdudiyyətsiz içir.

Umnov deyir ki, bəzi insanlarda 30 yaşına qədər içkidən sabit psixoloji və fiziki asılılıq, həmçinin sağlamlıq problemləri yaranır.

Mütəxəssis vurğulayıb ki, hətta orta miqdarda alkoqol bədənə zərər verir.

Kişi və qadınlar üçün doza fərqlidir.

Birinci üçün bu, gündə 800 mililitr, qadınlar üçün isə 500 mililitr hesab edilir.

Bir şüşə pivə müntəzəm olaraq istehlak edilərsə, qaraciyər xəstəliklərinə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, pivə içənlərdə 2-ci tip şəkərli diabet, hipertoniya, ürək-damar xəstəliyi və qastrit inkişaf riski daha yüksəkdir. Bundan əlavə, kişilərdə və qadınlarda testosteron səviyyəsi azalır ki, bu da Umnovun fikrincə, reproduktiv sistemin fəaliyyətində problemlərə səbəb olur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793
avatar

Oxşar yazılar