Oyandıqdan sonra qəhvə içmək susuzluğa səbəb ola bilər
16 iyul 2024 01:21 (UTC +04:00)

Oyandıqdan sonra qəhvə içmək susuzluğa səbəb ola bilər

Yuxudan oyandıqdan dərhal sonra qəhvə içmək səkkiz saatlıq gecə tərləməsindən sonra susuzluğa səbəb ola bilər.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail”ə amerikalı həkim Kris Boetçer məlumat verib.

Həkimin dediyinə görə, bir çox insanlar səhər bir fincan qəhvədən sonra enerji artımı, canlılıq, konsentrasiyanın artması və həzmin yaxşılaşdığını görürlər.

Bununla belə, doktor Boetçerin fikrincə, oyandıqdan sonra ilk növbədə onu içməməlisiniz. Həkim izah edib ki, kofein mülayim sidikqovucu kimi fəaliyyət göstərir. Bu isə böyrəklərin daha çox işləməsinə səbəb olur.

Fakt budur ki, bütün gecə istirahətində bir insan tərlə aktiv şəkildə maye itirir və onu təbii şəkildə doldurmur. Doktor Boetçer qəhvə hazırlayıb içməzdən əvvəl dörd stəkan su içməyi tövsiyə edir. Bu, bədəndə su balansını bərpa edəcək və nasazlığın, susuzluğun qarşısını alacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar