"Birlik" Karate Klubunun üzvləri beynəlxalq turnirində uğur qazandı
20 iyul 2026 18:30 (UTC +04:00)

"Birlik" Karate Klubunun üzvləri beynəlxalq turnirində uğur qazandı

0

"Birlik" Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Bu barədə Lent.az-a klubdan məlumat verilib.

Məşqçi Sənan Cəfərovun yetirmələrindən Gülay Orucova (U-21, 61 kq) və Ercan Aslan (parakarate, K22 kateqoriyası) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Amin Əsədli (U-14, 50 kq) gümüş, Lətif Səfərov (kadet, 70 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyadan ümumilikdə 600 idmançı mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 992

Oxşar yazılar