ABŞ-da benzinin orta qiyməti   yenidən bahalaşdı
21 iyul 2026 03:43 (UTC +04:00)

ABŞ-da benzinin orta qiyməti yenidən bahalaşdı

0

ABŞ-da benzinin orta pərakəndə satış qiyməti yenidən artaraq son həftələrdə müşahidə olunan eniş tendensiyasını dayandırıb.

Lent.az xəbər verir ki, məlumata görə, ölkə üzrə adi markalı benzinin orta qiyməti bir qallon üçün 3,20 dollardan 3,22 dollara yüksəlib.

Bahalaşmanın əsas səbəbləri kimi mövsümi tələbatın artması və xam neft qiymətlərindəki yüksəliş göstərilir.

Ən yüksək benzin qiymətləri Kaliforniya ştatında qeydə alınıb. Analitiklər yay mövsümündə səyahətlərin artması fonunda yaxın həftələrdə yanacağın qiymətində əlavə artımın mümkün olduğunu bildirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 908

Oxşar yazılar