Ovşala şərbəti necə hazırlanır?- Faydaları saymaqla bitmir
10 may 2021 14:51 (UTC +04:00)

Ovşala şərbəti necə hazırlanır?- Faydaları saymaqla bitmir

Bir-birindən dadlı və faydalı şərbətlər var. Bunlardan biri də ovşala şərbətidir. Xatırladım ki, ovşala şərbəti Azərbaycanın dilbər guşələrindən biri olan Şəki mətbəxinə aiddir. Əgər qaydası ilə hazırlanılsa, çox faydalı bir şərbətdir.

Lent.az xəbər verir ki, bu şərbət ürəyi rahiyyələndirir, yəni ürək zəifliyi olanlar üçün faydalıdır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər yağlı yemək yeyəcəksinizsə, üstündən ovşala şərbətini mütləq için. Bu yeməyin rahat həzm olunmasına kömək edəcək.

Bəs ovşala şərbəti necə hazırlanır? Tərkibində nələr var?

Təxminən 100 qram qurudulmuş ətirli qızılgül ləçəklərini 3 stəkan qaynar suya qarışdırıb hamısını birlikdə termosa tökün (və ya 20 dəq vam odda qaynadın), termosda 12 saat qaldıqdan sonra süzüb üstünə zövqə görə şəkər tozu (təxminən 1 stəkan) və ya ilıq vəziyyətdə olanda bal qarışdıra bilərsiniz. Sonra üstünə 100 qram boymadərən ərağı (xatırladım ki, bu bildiyimiz araq deyil, boymadərən bitkisi dəmlənilir, sonra qaynadılır, buxarı soyuq suda kondensasiya edilərək toplanılır, əgər boymadərən ərağını hazırlaya bilməsəniz, bizim fitoklublarda hazırı var.) qarışdırıb, sonra üstünə 2-3 ədəd limon şirəsi sıxılıb soyuducuya qoyursunuz, soyuduqdan sonra içə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar