Dadından doya bilmədiyimiz portağal şirəsinin zərərləri - Dietoloq danışır
09 dekabr 2020 13:25 (UTC +04:00)

Dadından doya bilmədiyimiz portağal şirəsinin zərərləri - Dietoloq danışır

Bir çox ölkələrdə təbii portağal şirəsi səhər yeməyinin zəruri atributudur. Portağal şirəsi  orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Araşdırmalar nəticəsində sübut olunub ki, portağal şirəsi nevroz və depressiyalardan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırır.

Soyuqdəymə və qrip zamanı portağal şirəsinin qəbulu xəstənin vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir, sağalmanı tezləşdirir.

Portağal şirəsi müxtəlif vacib minerallarla zəngindir. Burada kalium, kalsium, sink, maqnezium, mis, fosfor, yod və s. kimi orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan minerallar var.

Görəsən, portağal şirəsi haqqında nələri bilmirik? Bu qədər dadlı meyvənin şirəsi zərərli ola bilərmi?

Dietoloq Reyhan Cabbarlı Lent.az-a portağal haqqında bilmədiyimiz bir çox məqamları açıqlayıb. O, deyir ki, son vaxtlarda ən çox verilən suallardan biri portağal şirəsi  haqqındadır:

“Soruşurlar ki, zərərlidir, ya faydalı? Bu qədər faydalı bir meyvə olan portağalın suyu necə zərərli ola bilər? Buna görə, məncə, həm faydalı, həm də zərərli tərərflərindən danışsaq, daha gözəl nəticə alınar. İlk olaraq enerji dəyərlərinə baxsaq, 1 portağal=60kkal, 200 ml portağal şirəsi=120 kkal. Bunu da deməliyəm ki, məlumatlar yeni sıxılmış portağal haqqındadır. 200 ml şirədə günlük ehtiyacımız olan C vitamini var. Əgər vitaminin tamamilə bədəninizdə qalmasını istəyirsinizsə, şirə ilə birgə  kalsiumla zəngin olan bir dilim pendir və ya ağartı məhsulları yeyilməlidir. Şirə, tərkibindəki mikro və makro elementlərlə anti-infalamtuardır. İmmun sistemi dəstəkləyir, toksinlərə qarşı bədəni qorumada dəstəkləyicidir. Bunlardan əlavə, yaşlanmağa qarşı qoruyucu təsiri və dəri üzərindəki müsbət göstəriciləri bəzi araşdırmalarda görülmüşdür. Allergiya və xronik xəstəliklər yoxdursa, kilo artırılması diyetlərində, uşaq qidalanmasında kalsiumlu qidalarla birlikdə içilməsini məsləhət görürəm”.

Dietoloq deyir ki, faydaları ilə yanaşı, portağal şirəsinin zərərləri də var:

"Normal bir insanın pəhrizində ortalama 3 porsiyon meyvə haqqı var. Əgər 200 ml portağal şirəsi içsəniz 2-2.5 pors haqqınızı istifadə etmiş olursuz. Ancaq meyvələrin bizlər üçün ən önəmli özəlliklərindən biri olan lifləri, portağalı tam yeyərək əldə edəbilərsiniz. Eyni zamanda portağal şirəsinin tərkibində  daha yüksək kalori və şəkər (fruktoz) olduğu üçün artıq çəkidən əziyyət çəkən və ya diyabetli şəxslər üçün uyğun deyildir. Ən əsası onu qeyd edim ki, 1 portağal sizi doyura bilər. Amma 1 stəkan portağal şirəsindəki yüksək şəkər sizə yenidən içmək istəyi verəcək. Hətta tam sağlam insanlar da təbii portağal şirəsini su ilə durulaşdırıb içməlidir”.

Sonda nəzərinizə çatdıraq ki, yalnız təbii portağal şirəsi (dükanlarda satılan şirələr yox!) orqanizmə fayda verə bilər. Təbii ki, deyilən qaydalara əməl olunaraq qəbul olunsa.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5013
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar