Prezident Azərbaycan  musiqiçilərini   təbrik etdi
18 sentyabr 2023 14:55 (UTC +04:00)

Prezident Azərbaycan musiqiçilərini təbrik etdi

Prezident İlham Əliyev bəstəkar Arif Məlikovun 90 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqi ictimaiyyətinə təbrik məktubu ünvanlayıb.

Lent.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 sentyabr – Milli Musiqi Günü münasibətilə təbrik edirəm.

Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3581

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41