Şuşa şəhərindən görüntü
08 may 2021 18:05 (UTC +04:00)

Şuşa şəhərindən görüntü

Şuşada yeni məktəb tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan  Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 990
avatar

Oxşar yazılar