Mehriban Əliyevadan şəhid ailələrinə  BAŞSAĞLIĞI
17 noyabr 2021 16:19 (UTC +04:00)

Mehriban Əliyevadan şəhid ailələrinə BAŞSAĞLIĞI

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olanların ailələrinə başsağlığı verib

Lent.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun"!

# 2217
avatar

Oxşar yazılar