Zeytun yağını  burada saxlamayın:   milyonların etdiyi səhv
07 yanvar 2025 19:44 (UTC +04:00)

Zeytun yağını burada saxlamayın: milyonların etdiyi səhv

Dünyada milyonlarla insan zeytun yağını saxlayarkən ümumi səhvə yol verir ki, bu da onun xarab olmasına və dadının pisləşməsinə səbəb olur. 

Lent.az xarici mediaya istinadla zeytun yağının acı olmaması üçün onu düzgün saxlamağın yollarını təqdim edir:

Araşdırmaya görə, bir çox insanlar zeytun yağını asanlıqla əldə etmək üçün sobanın yanında saxlamağa üstünlük verir, lakin bura onun qorunması üçün ən pis yerlərdən biri hesab olunur. İstilik, işıq və oksigenə məruz qalma yağın oksidləşməsini sürətləndirir, onu acı edir və sağlamlıq faydalarını azaldır.

Zeytun yağını necə düzgün saxlamaq olar?

Mütəxəssislər zeytun yağını sərin, qaranlıq yerdə, məsələn, mətbəx şkafında, istilik mənbələrindən uzaqda saxlamağı tövsiyə edir. Tünd rəngli şüşə qablardan və ya metal bankalardan istifadə etmək vacibdir, çünki şəffaf plastik butulkalar məhsulu işıqdan qorumur, bu da onun xarab olmasını sürətləndirir.

Zeytun yağı niyə xarab olur?

Şüşəni açdıqdan sonra yağ oksigenə məruz qalır. Mütəxəssislər maksimum keyfiyyət və faydaları qorumaq üçün bir neçə ay açıq şüşə istifadə etməyi məsləhət görürlər. 

Bəs soyuducu kömək edirmi?

Tədqiqatçılar zeytun yağının soyuducuda saxlanmasının da səhv olduğunu vurğulayırlar. Aşağı temperaturlar yağın keyfiyyətini aşağı salır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar