
Türkiyənin məşhur şirniyyatı "Fırında sütlüaç”ın hazırlanma qaydası
Türkiyənin məşhur şirniyyatı "Fırında sütlüaç”: Onu hazırlamaq üçün...

Südlə hazırlanan şirniyyatlar Türkiyə mətbəxinin əvəzsiz desertlərindəndir. Asanlıqla həzm olunan, yüngül və faydalı olan südlü şirniyyat Türkiyədə hər evdə tez-tez hazırlanır. Xüsusilə də axşam yeməyindən sonra ağzını dadını bir az dəyişmək istəyənlər üçün südlü şirniyyatlar əla variantdır.
Lent.az Türkiyə mətbuatına istinadən bu gün sizə Osmanlı zamanından bu yana bişirilən şirniyyatı təqdim edir. "Fırında sütlüaç” adlanan bu disert süd, düyü və şəkərin harmoniyasından yaranır. Azərbaycanda “südlü aş” və dünyanın müxtəlif yerlərində bişirilən buna bənzər şirniyyat növləri olsa da, Türkiyə sütlüaçının hazırlanma və bişirmə qaydası onlardan bir az fərqlidir.
"Fırında sütlüaç”ı hazırlamaq üçün bizə nələr lazımdır?
Yarım stəkan düyü,
1 stəkan yarım su,
5 stəkan süd,
3 yemək qaşığı düyü unu,
1 yemək qaşığı nişasta,
1 paket vanel,
1 və ya 1 stəkan yarım toz şəkər.
"Fırında sütlüaç” üçün ilk növbədə düyünü yuyub dərin bir qazana tökün. Üzərinə yarım stəkan soyuq su əlavə edib düyü yumşalana qədər qaynadıb götürün.
Bu arada, düyü unu, nişasta, vanel və şəkəri başqa bir qazana tökün, üzərinə südü yavaş-yavaş əlavə edərək əməlli-başlı çalın. Sonra qazanı qazın üzərinə qoyub əlinizi çəkmədən qaynayana qədər qarışdırın. Bir-iki dəqiqədən sonra pörtmüş düyüləri qarışığa əlavə edin və rəngi bir az tündləşənə qədər davamlı qarışdıra-qarışdıra bişirin.
Bişən sütlüaçı kasalara tökün, ilıqlaşmasını gözləyin. Daha sonra onları elektrikli soba qabına yerləşdirin. Kasaların yarısına gələcək qədər su əlavə edin, sonra əvvəlcədən 200 dərəcə isidilmiş sobaya qoyub üzəri qızarana qədər təxminən 15 -20 dəqiqə bişirin.
Sobadan çıxan sütlüaçın soyumasını gözləyin və bundan sonra süfrəyə verin.
Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
7 yanvar 2021 , 14:58
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...
4 yanvar 2021 , 13:21
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46
Asan hazırlanan “Kartof kotleti”: Bu üsuldan istifadə etsəniz...
30 dekabr 2020 , 13:33
“Balıq kotleti” – Uşaqlar onu çox sevir
29 dekabr 2020 , 15:30