Sevgililər  gününə hədiyyə:   əfsanəvi fal peçeniyası RESEPT
14 fevral 2025 15:25 (UTC +04:00)

Sevgililər gününə hədiyyə: əfsanəvi fal peçeniyası RESEPT

Bir neçə inqrediyentdən hazırlanan bu qeyri-adi peçenye əhvalınızı qaldıracaq və əla hədiyyə olacaq. Sevgililər günü ərəfəsində sevdiyiniz insan üçün hədiyyə almaqla yanaşı, ona maraqlı bir sürpriz də hazırlaya bilərsiniz. Məsələn, ona fal peçenyesi bişirin!

Lent.az fal peçenyesinin reseptini təqdim edir.

Əlbəttə, bu peçenyeni mağazadan almaq olar, amma öz əlinizlə hazırlamaq daha maraqlıdır. Üstəlik, bu zaman içinə öz seçdiyiniz ən gözəl sözləri yaza bilərsiniz.

Lazım olan inqrediyentlər:

3 ədəd yumurta ağı

1/4 çay qaşığı duz

110 qram şəkər

80 qram un

50 millilitr bitki yağı

2 xörək qaşığı su

Vanil

İstəyə bağlı olaraq qırmızı qida boyası

Hazırlanma qaydası:

Fal kağızlarını əvvəlcədən hazırlayın və sobanı 180 dərəcəyə qədər qızdırın.Yumurtanın ağını duz ilə çalın. Sonra şəkər əlavə edib, 5 dəqiqə daha çırpın ki, şəkər tam ərisin. Yağ, vanil, un və suyu əlavə edin, yenidən 1 dəqiqə qarışdırın. Xəmir duru olmalıdır.

Əgər xəmirdə qaşıq izi qalırsa, əlavə 1 xörək qaşığı su əlavə edin. İstəyə bağlı olaraq qırmızı qida boyası əlavə edə bilərsiniz.

Hər peçenye üçün təxminən 1/2 xörək qaşığı xəmir götürüb silikon döşəkçənin və ya perqament kağızının üzərinə tökün, 7-8 sm ölçüsündə dairə şəklində yayın.

180 dərəcəlik sobada 4-5 dəqiqə bişirin. Sobanı açan kimi, peçenyeləri isti-isti qatlayın, çünki onlar tez soyuyur və sərtləşir. Hazır peçenyeləri hava keçirməyən qabda saxlayın. Açıq havada saxlanarsa, nəmi udaraq yumşala bilər.

Nuş olsun!
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058

Oxşar yazılar

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

30 may 2025 , 19:38
Dünyada bir çox insan qırmızı bibərin  əslində nədən hazırlandığını bilmir

Dünyada bir çox insan qırmızı bibərin əslində nədən hazırlandığını bilmir

28 may 2025 , 18:13
Uşaqlıqdan sevilən qat-qat vafli  tortu — RESEPT

Uşaqlıqdan sevilən qat-qat vafli tortu — RESEPT

28 may 2025 , 13:22
"Roll kat"ın ən dadlı halı - RESEPT

"Roll kat"ın ən dadlı halı - RESEPT

26 may 2025 , 12:29
Yumşaq biskvit tortu - RESEPT

Yumşaq biskvit tortu - RESEPT

24 may 2025 , 19:25
Qulançarın   bilinməyən faydaları

Qulançarın bilinməyən faydaları

22 may 2025 , 11:43
İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13