PAXLAVANI  bir də belə hazırlayın! Mayasız, şokoladlı.. – Lent.az-ın MƏTBƏXİNDƏ
26 yanvar 2022 18:33 (UTC +04:00)

PAXLAVANI bir də belə hazırlayın! Mayasız, şokoladlı.. – Lent.az-ın MƏTBƏXİNDƏ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməz, qeyri-adi, çox ləzzətli və mayasız hazırlanan şokoladlı paxlava reseptini sizinlə bölüşürük.

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

Xəmir üçün

2 ədəd yumurta

1/2 çay qaşığı duz

1/2 stəkan süd

1/2 stəkan qatıq

1/2 stəkan duru yağ

1 paket qabartma tozu

100 qram kakao

3-3,5 stəkan un (unu az-az əlavə edin)

İçlik üçün:

300 qram qoz

100 qram şokolad

100 qram şokos

Şərbəti üçün:

500 qram şəkər tozu

1,5 stəkan su

1 dilim limon

1 yemək qaşığı bal

Yağlamaq üçün

300 qram əridilmiş kərə yağı

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Sevinc Fərid

Oxşar yazılar