Menyuda tısbağa şorbası
18 fevral 2025 14:17 (UTC +04:00)

Menyuda tısbağa şorbası

Dünyada hər bir xalqın öz coğrafiyasına, məişətinə, milli mədəniyyətinə uyğun fərqli yemək çeşidləri var. Olur ki, bəzən qonşu  xalqlar belə, biri-birinin fərqli mətbəx nümunələrini tam qəbul edə bilmirlər. Elə tısbağa ətindən hazırlanan yeməklər də o sıraya aiddir. Məsələn, heç bir müsəlman ölkəsində tısbağa ətindən qida kimi istifadə olunmur.

Lakin, ta qədim zamanlardan müxtəlif mədəniyyətlərdə tısbağa ətindən bişirilən və istehlak edilən yeməklər olmuşdur. Qədim Romada, Yunanıstanda və Çində tısbağa ətindən müxtəlif yeməklərin hazırlanması haqda tarixi mənbələrdə məlumatlar var. Tısbağa əti nadir və bahalı olduğuna görə ondan əsasən varlı və imtiyazlı təbəqə üçün yeməklər hazırlanıb.

XVIII əsrdə tısbağa şorbası Avropada, xüsusilə də İngiltərədə böyük populyarlıq qazanıb. Kral saraylarında və aristokratik dairələrdə bu zərif yemək ləzzətlə yeyilir, zənginlik və incəlik rəmzi sayılırdı. Amerikada isə tısbağa şorbası müstəmləkə dövründə geniş yayılmışdı və təntənəli ziyafətlərin, xüsusi günlərin əvəzolunmaz yeməyinə çevrilmişdi. Bu şorba o dövrdə ən vacib qidalardan biri hesab olunurdu. 

Tısbağa şorbasının hazırlanması üçün müxtəlif tısbağa növlərindən istifadə edilsə də ən çox "yaşıl tısbağa" növünə üstünlük verilir. Yaşıl tısbağalar hazırda ən çox Atlantik okeanında yaşayırlar və nəsli kəsilmə təhlükəsi altında olduğu üçün qorunmaqdadır. Elə buna görə tısbağa supu hazırlamaq və satmaq bir çox ölkədə qadağandır.

Tısbağa supunun hazırlanmasında tısbağa ətindən əlavə müxtəlif tərəvəzlər, ədviyyatlar və otlardan da istifadə olunur. Tısbağa supu, müxtəlif mətbəxlərdə müxtəlif cür hazırlanır və fərqli təqdim edilir. Məsələn, Çində tısbağa supuna göbələk və bambuk tumurcuqları əlavə edilir. Karib dənizində isə tısbağa supu kokos südü və ananasla hazırlanır.

Tısbağa supu, dadı və qida dəyəri ilə yanaşı, müalicəvi xüsusiyyətlərə də malikdir. Bəzi mədəniyyətlərdə tısbağa ətinin insana qeyri-adi güc verdiyinə və müxtəlif xəstəliklərin qarşısını aldığına dair inanclar da mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016

Oxşar yazılar

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

Niyə daha çox kartof yemək lazımdır? - SƏBƏB

30 may 2025 , 19:38
Dünyada bir çox insan qırmızı bibərin  əslində nədən hazırlandığını bilmir

Dünyada bir çox insan qırmızı bibərin əslində nədən hazırlandığını bilmir

28 may 2025 , 18:13
Uşaqlıqdan sevilən qat-qat vafli  tortu — RESEPT

Uşaqlıqdan sevilən qat-qat vafli tortu — RESEPT

28 may 2025 , 13:22
"Roll kat"ın ən dadlı halı - RESEPT

"Roll kat"ın ən dadlı halı - RESEPT

26 may 2025 , 12:29
Yumşaq biskvit tortu - RESEPT

Yumşaq biskvit tortu - RESEPT

24 may 2025 , 19:25
Qulançarın   bilinməyən faydaları

Qulançarın bilinməyən faydaları

22 may 2025 , 11:43
İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13