Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə restoranlarda, kafelərdə yediyimiz və əsasən uşaqların çox sevdiyi burgerin hazırlanma qaydasını sizinlə bölüşəcəyik. Sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən toyuq burgerin hazırlanma qaydasını sizə təqdim edirik.
Lazım olan ərzaqlar:
Stəkan ölçüsü 200 ml.
Xəmiri üçün
1,5 stəkan ilıq süd
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 yemək qaşığı maya
1/2 stəkan duru yağ
1 ədəd yumurtanın ağı (sarısı üzərinə)
4 stəkan un (unu az-az əlavə edin)
Üzəri üçün
1 ədəd yumurta sarısı
1 çay qaşığı süd və ya su
2 ədəd toyuq filesi (600 qr.)
Toyuq marinadı üçün
2 ədəd yumurta
400 qram xama 15-20%-li
1 dolu çay qaşığı duz
1 çay qaşığı şirin toz qırmızı bibər
1/3 çay qaşığı qara istiot
1 çay qaşığı sarımsaq tozu və ya 1 diş sarımsaq
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
NUŞ OLSUN!