Alman evlərində niyə mətbəx olmur?
17 mart 2026 09:51 (UTC +04:00)

Alman evlərində niyə mətbəx olmur?

0

Almaniyada kirayə mənzil axtaran bir çox əcnəbi üçün ilk baxışda qəribə görünən bir məqam var. Bir çox mənzildə hazır mətbəx olmur. Yəni mətbəx üçün nəzərdə tutulmuş otaq mövcud olsa da, orada mebel, şkaflar, plitə və hətta bəzən mətbəx çanağı belə olmaya bilər.

Lent.az xəbər verir ki, bunun bir neçə praktiki səbəbi var.

Birinci səbəb odur ki, mətbəxi çox vaxt kirayəçi özü alır və quraşdırır. Almaniyada ev sahibləri mənzili adətən mətbəx mebeli və texnikası olmadan kirayəyə verirlər. Yeni köçən kirayəçi isə mətbəxin dizaynını, texnikasını və şkafların yerləşməsini özü seçə bilir. Bu isə insanların mətbəxi öz zövqlərinə və gündəlik ehtiyaclarına uyğun qurmasına imkan verir.

İkinci səbəb kirayəçilərin mənzillərdə uzun müddət yaşamasıdır. Almaniyada insanlar çox vaxt eyni mənzildə 10-20 il, bəzən isə daha uzun müddət yaşayırlar. Buna görə də onlar yaşadıqları məkanı öz rahatlıqlarına uyğun şəkildə təşkil etməyə üstünlük verirlər. Mətbəx isə evin ən vacib hissələrindən biri hesab olunur.

Üçüncü səbəb isə köçərkən mətbəxin növbəti kirayəçiyə satılması ənənəsidir. Kirayəçilər mənzildən çıxarkən çox vaxt quraşdırdıqları mətbəxi yeni gələn kirayəçiyə razılaşdırılmış qiymətlə təklif edirlər. Beləliklə, mətbəx sökülmür və sadəcə növbəti sakinlərə keçir. Bu da həm vaxt, həm də əlavə xərclərin qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar