Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçiriləcəyi vaxt dəyişib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, sentyabrın 30-da Milli Məclisin iclası olduğu üçün qurultayın vaxtı dəyişib:
“Milli Məclisin sentyabrın 30-dakı iclasına görə, qurultayın iclası 5 oktyabr tarixinə dəyişdirilib”, – məlumatda deyilir.