Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
09 may 2025 13:19 (UTC +04:00)

Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı

Amerikalı kult rok qrupu 3 Durs Daun, solisti və qurucusu Bred Arnolda dördüncü mərhələdə böyrək xərçəngi diaqnozu qoyulduqdan sonra yay turunu rəsmi şəkildə ləğv edib.

Bu barədə Lent.az xarici mediaya istinadən məlumat verir.

"Bu gün sizə heç də xoş xəbərlərim yoxdur", – deyə 46 yaşlı Arnold videoda pərəstişkarlarına müraciət edib.

Musiqiçi bildirib ki, yaxın vaxtlarda xəstəxanaya yerləşdirilib və daha sonra ona şəffaf hüceyrəli böyrək xərçəngi (renal hüceyrəli karsinoma) diaqnozu qoyulub. Xəstəlik ağciyərlərə yayılıb və metastaz verib.

"Bu, dördüncü mərhələdir və deyək ki, vəziyyət yaxşı deyil", – deyə Arnold qeyd edib. O əlavə edib ki, inancına güvənir və bu diaqnozdan qorxmur.

Bred Arnold emosional şəkildə fanatlara “birlikdə yaşadığımız bütün xatirələr üçün” təşəkkür edib.

“İndi doğrudan da inanıram ki, ‘It's Not My Time’ mahnısı məhz mənim haqqımdadır”, – deyə o, qrupun 2008-ci ildəki məşhur hitinə istinad edib.

“Qarşıda çətin bir mübarizə var, dualarınıza ehtiyacım var! Siz dünyanın ən möhtəşəm fanatlarısınız. Sizi sevirik!” – paylaşımda belə deyilir.

3 Durs Daun qrupu haqqında nə bilinir?

3 Durs Daun qrupu 1996-cı ildə Missisipi ştatında vokalist Bred Arnold, bas gitarist Todd Harrell və gitaraçı Matt Roberts (o, 2016-cı ildə 38 yaşında reseptlə verilən dərmanların həddindən artıq dozasından vəfat edib) tərəfindən yaradılıb.

Qrup "The Better Life" (2000) adlı debüt albomundan sonra geniş şöhrət qazanıb. Bu alboma daxil olan "Kryptonite" mahnısı dünya miqyasında hitə çevrilib və Spotify platformasında bir milyarddan çox dinlənmə toplayıb. Daha sonra 3 Doors Down uğurlu albomlar olan "Away from the Sun", "Seventeen Days" və "Time of My Life" albomlarını təqdim edib.

Qrupun musiqi tərzi alternativ rok, post-qranj və hard-rok üslublarını birləşdirir.

3 Doors Down-un yay turu 15 mayda Daytona Beach şəhərində başlamalı idi. Daha sonra qrup ölkə boyu turneyə çıxmağı və Creed qruppu ilə bir neçə birgə çıxış etməyi planlaşdırırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar