Azərbaycan Yazıçılar Birliyində (AYB) Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Lent .az-ın məlumatına görə, tədbirdə AYB sədri, xalq yazıçısı Anar , katib Fikrət Qoca, sədr müavini Nazim İbrahimov və birliyin üzvləri iştirak edib.
Tədbirdə çıxış edənlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində günahsız insanların başına gətirilən müsibətlərdən söz açıblar. Faciəyə həsr olunmuş şeirlər səsləndirilib.
Şair Ənvər Əhməd Xocalıda şahidi olduğu hadisələrdən danışıb.
Şair Qulu Ağsəs italyan şairi David Qualtierinin yazdığı “Xocalı” şeirini öz tərcüməsində oxuyub.
Tədbirdə bildirilib ki, şeir dünyanın müxtəlif dillərində tərcümə edilərək, kitabça şəklində çap ediləcək.