Sevilən müğənni Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək.
Sənətçinin Lent.az-a verdiyi məlumata görə, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq.
Sevənləri ilə görüşə hazırlaşan Yaqub Zurufçu hisslərini belə bölüşüb: “Dəyərli soydaşlarım, doğmalarım! Mənə qarşı göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Görünür siz də mənim kimi bu konsert üçün darıxmısınız. Bunca diqqətdən ilhamlanaraq konsert verməyi qərarlaşdırdıq. Oktyabrın 12-si həvəslə sizinlə görüşə gələcəyəm”.
Qeydev edək ki, konsertin informasiya dəstəyi News24.az, APA, Trend, Day.az və Milli.az-a məxsusdur.